Cari ilin yanvar-iyun aylarında ölkəyə 2134 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən bu nəqliyyat vasitələrindən 2052-si daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 82-si isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.