Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli fərmanına uyğun olaraq 2021-ci yanvarın ayından əmək haqqlarından tutulmalar başlayacaq. Tutulmaların məbləği aşağıdakı kimidir:
Dövlət və neft-qaz sahəsində əmək haqqının 4 %-i ( 2% işçi, 2 % müəssisə) nisbətində müəyyən olunacaq.
Özəl və qeyri-neft-qaz sahəsində bu il ərzində güzəşt olaraq əmək haqqının 2%-i (1% işçi, 1% müəssisə) nisbətində müəyyən olunacaq. 2022-ci ildən başlayaraq isə güzəşt olmayacaq və bütün sahələrdən 4% tutulacaqdır.
Əlavə olaraq hər iki sahə üzrə əmək haqqının məbləğ 8000 manatdan çox olduqda isə əmək haqqının 8000 manatdan yuxarı hissəsindən 1% (0.5% işçi, 0.5% müəssisə) tutulacaqdır. Qeyd edək ki tutulmalar Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunun əhatə edəcəkdir.