Gürcüstanda daxili gərginliyin artması fonunda ölkənin hakim partiyasının təsisçisi Bidzina İvanişvilinin açıqlamaları geniş rezonansa səbəb oldu. İctimaiyyət qarşısına nadir hallarda çıxan və bir qayda olaraq, öz mesajlarını digərləri vasitəsilə çatdıran siyasi lider bu dəfə birbaşa və sərt bəyanatlar səsləndirdi.
Keçmiş baş nazir “qlobal müharibə partiyası”nı Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdlərində ittiham etdi. O, Qərbin ölkə və regiondakı mənfi təsirlərindən danışsa da, Rusiyanın analoji fəaliyyətlərinə toxunmadı.
Konsensus pozuldu
Sirr deyil ki, 2012-ci ildə Tbilisidə İvanişvili hökumətinin qurulması Kreml və Qərb arasında əldə edilən konsensusun nəticəsi idi. Lakin Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istiqamətində atdığı addımlar bu ortaq məxrəcin pozulmasına gətirib çıxardı.
Moskvanın regionda ən geniş təsir dairəsinə malik olduğu ölkənin Ermənistan olduğunu nəzərə alsaq, Qərbin Rusiyanı bölgədən sıxışdırmaq prosesinə məhz Ermənistandan başlaması anlaşılandır. Lakin bu planların icrası üçün vacib olan logistik imkanlar yalnız Gürcüstan ərazisindədir.
Odur ki, Qərbin nəzərində, Tbilisi prosesin tərkib hissəsi olmalıdır. Aİ-nin geosiyasi məqsədləri rəhbər tutaraq Gürcüstana Birliyə namizədlik statusu verməsini həm də bu kontekstdə nəzərdən keçirmək lazımdır.
Tbilisinin təhlükəli vasitəçiliyi
Təsadüfi deyil ki, sözügedən statusun təqdim edilməsindən dərhal sonra Gürcüstan ərazisindən Qərb silahlarının ilk partiyası Ermənistana göndərildi. Başqa sözlə desək, Tbilisi “İrəvanın təhlükəsizliyinin diversifikasiyası” adı altında digər dövlətlərə qarşı öz ərazisindən istifadə edilməsinə icazə verdi.
Qərbin Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açması cədlərinə etiraz edən İvanişvili heç şübhəsiz ki, Ermənistanın öz ərazisində analoji planlarla razılaşdığını anlayır. Təcrübəli siyasətçi başa düşür ki, hazırda Cənubi Qafqazda Qərbin Kreml əleyhinə forpostu roluna başlıca namizəd məhz İrəvandır.
Belə şəraitdə, Gürcüstan hakimiyyətinin müəyyən qərarları onun tərəfdaşlarında, o cümlədən də Azərbaycanda haqlı suallar yaradır: Tbilisi Ermənistanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında iştirak edəcəkmi? Bu baş verdiyi halda Rusiyanın reaksiyasını nəzərdən keçirirmi? Gürcüstan Ermənistanın qlobal güclərin mübarizə meydanına çevrilməsi işində vasitəçi olacaqmı?
Nəticə
Böyük dövlətlər arasında qlobal rəqabətin artması özünü dünyanın müxtəlif bölgələrində, o cümlədən də Cənubi Qafqazda büruzə verir. Hazırda Gürcüstanda baş verənlər məhz bu rəqabətin regional təzahürüdür. Aİ Gürcüstana Birlik üzvlüyünə namizəd statusu verməklə regiondakı daxili və xarici aktorları hərəkətə gətirdi.
İndi rəsmi Tbilisi çətin sınaq qarşısındadır. Bütün digər məsələlərlə yanaşı, ölkə rəhbərliyi anlamalıdır ki, Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsi üçün vasitəçilik təkcə Gürcüstanda deyil, bütün regionda gərginliyi artırır. Xüsusilə də, Ukrayna müharibəsinin nəticələrinin hələ məlum olmadığı bir zamanda, belə addımlar ciddi nəticələri olan fəsadlar yarada bilər.
Azərbaycana gəlincə, ölkəmiz bölgədə hərarəti aşağı salmaq üçün əlindən gələni edir. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, Ermənistanla sərhədlərin delimitasiyası məhz bu nəticəyə xidmət edir. Lakin regonun taleyi təkcə Azərbaycandan asılı deyil.
@cssc_cqtm
Gürcüstan üçün çətin sınaq
SİYASƏT
19:59
07.05.2024
Baxılıb: 8271

Digər xəbərlər

13:36
22.01.2025
Yüksələn dalğa: influenser marketinq
2032-ci ilə qədər 199.6 milyard dollara qədər həcminin böyüməsi gözlənilən bir bazar var. Söhbət ölkəmizdə də qızıl dövrünü yaşayan influenser marketinqdən gedir. Əslində bir çoxlarımıza influenser sözü tanışdı. Bəs influenser marketinq?
Küçədə gəzərkən qarşımıza çıxan böyük bilbordla...

13:31
22.01.2025
İnfluenser kimdir və kimlər influenser ola bilər?
Son zamanlar tez-tez eşitdiyimiz, uşaqların “gələcək peşə”olaraq arzuladığı "İnfluenser" sözü yəqin ki, artıq heç kəsə yad deyil.
Sosial media kanallarında insanların rəyinə, izləyicilərinin alış-veriş qərarlarına təsir edən şəxsə influenser deyilir.
Belə ki, son illərd...

16:13
30.11.2024
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
Halal sənaye sektorun gələcək inkişafında standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirmək lazımdır.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilən X Dünya Halal Sammitində bildirib.
O, halal sən...

16:11
30.11.2024
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
Bu ilin III rübündə Azərbaycanda istehlak kreditləri, o cümlədən kredit (taksit) kartları üzrə standartlarda sərtləşmə müşahidə olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.
Sorğu nəticələrinə əsasən, banklar əməkhaqqı kr...
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13