Hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq
İQTİSADİYYAT
15:21
07.01.2021
Baxılıb: 9260
Hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq

Məlum olduğu kimi, Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir.

 

İqtisadiyyat Nazirliyinin verdiyi məlumata əsasən dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.

 

Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.

 

Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.

 

İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04).

Digər xəbərlər
SON XƏBƏRLƏR
Siyəzəndə quşçuluq sexi yanıb
17:43
İsrailin Milli Təhlükəsizlik naziri İsrail hökümətinə xəbərdarlıq edib
17:35
ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi: 2024-cü ilə qədər Ukraynada sülh olmayacaq
17:21
İran Rusiyadan Su-35 döyüş təyyarələri alacaq
17:13
Rusiya Baş Konsulluğunun binası söküləcək
17:01
Suqovuşan - Kəlbəcər - Ağdərə - Ağdam avtomobil yolunun bərpasına ilə bağlı Prezident Sərəncam imzalayıb
16:24
Küveyt əmiri xəstəxanaya yerləşdirilib
16:13
Ceyhun Bayramov Əlcəzair Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibini qəbul edib
15:44
Ər Riyad Expo 2030-a ev sahibliyi edəcək
15:39
NATO-Ukrayna Şurasının görüşü başlayıb
15:37
Qudyalçay üzərində yeni körpünün inşası yekunlaşmaq üzrədir
15:08
HƏMAS Elon Muska müraciət edib
13:55
Pandemiya qaydalarının pozulmasına görə ödənən cərimələr geri qaytarılacaq
13:43
Ukrayna təhlükəsizlik xidmətinin rəisi Budanovun həyat yoldaşı zəhərlənib
13:29
Rus jurnalistlərə ATƏT-in iclasında iştirak etmək qadağan edilib.
13:25
Masallı rayonunun Bədəlan kəndində ev yanıb
13:24
İsrail Qəzzadakı atəşkəsi uzatmaq üçün şərtini açıqlayıb
13:15
Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini tezliklə təsdiq edəcək
13:11
ABŞ senatı İsrail və Ukraynaya yardım paketinin müzakirəsinə başlayacaq
12:45
Elm və təhsil nazirinin müavini Gürcüstanda səfərdə olub
12:05