Dekabr ayı üzrə müddətli əlavələr ödənilib
İQTİSADİYYAT
16:36
07.01.2021
Baxılıb: 11128
Dekabr ayı üzrə müddətli əlavələr ödənilib

Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə dekabr ayı üzrə müddətli əlavələr ödənilib.

 

Nazirliyin rəsmi saytında yayılmış məlumatda bildirilir ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilmişdir.

 

Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilmişdir.

 

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilmişdir.

 

Digər xəbərlər