İxracatçılarla görüş keçirilib
İQTİSADİYYAT
20:21
12.01.2021
Baxılıb: 14450
İxracatçılarla görüş keçirilib

İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn formatda görüş keçirilib.

 

Dövlət başçısının tapşırığından irəli gələn məsələlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyinin müvafiq qurumları – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxslərinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni prioritet bazarların araşdırılması məsələləri müzakirə edilib.

 

20-dən çox şirkətin nümayəndəsinin və 40-a yaxın fərdi sahibkarın iştirak etdiyi tədbirdə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ixracatçılara bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib. Görüşdə ənənəvi bazarlarla yanaşı, Körfəz və Avropa ölkələrə satışının həyata keçirilməsi istiqamətində işlərin başlandığı bildirilib.

 

Sonda ölkənin müxtəlif regionlarda pomidor istehsalı sahəsində fəaliyyət göstərən ixracatçıların fikirləri dinlənilib, yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb

Digər xəbərlər
SON XƏBƏRLƏR
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07
MİDA rəsmisi: “Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib”
13:02
KİV: Ağ Ev miqrantlara ölkəyə müvəqqəti humanitar giriş proqramını uzatmayacaq
13:00
İsrail ordusu: Ölkənin şimalında iki əsgər ölüb, onlarla yaralı var
12:58
Şirkət nümayəndəsi: “Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi ölkədən valyuta axınının qarşısını alacaq
12:44
UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Müəllimlər Günü münasibətilə paylaşım edib
12:41
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
12:32
Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib
12:24
Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib
12:15
Azad edilmiş ərazilərə köçürülən 2800 -ə yaxın sakinin məşğulluğu təmin edilib
11:48
ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə səfər edəcək
11:46
“İmarət” stadionu bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq
11:35
Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir
11:34
Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından dörd il ötür
11:25
Hamburqda Marburq virusu həyəcanı: İki platforma bağlandı
11:17
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
11:15
İki Almaniya 34 ildən sonra da tam birləşə bilmədi
11:10
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib
11:06
Türkiyədən Yunanıstana keçmək istəyən 24 miqrant saxlanılıb
10:48