Dolların bahalaşması bir sıra ölkələri hərəkətə keçirib
İQTİSADİYYAT
10:20
06.09.2023
Baxılıb: 591
Dolların bahalaşması bir sıra ölkələri hərəkətə keçirib

Dolların yenidən bahalaşması qarşısında Asiya valyutalarının son ayların ən aşağı səviyyələrə geriləməsindən sonra Yaponiya və Çinin rəsmiləri hərəkətə keçib.

Yaponiya hələ ki, xəbərdarlıq etməklə kifayətlənib. Belə ki, Yaponiyada bir nömrəli məzənnə rəsmisi olaraq görülən maliyyə nazirinin müavini Masato Kanda, "lazım gələrsə, məzənnədəki spekulyativ hərəkətlərə qarşı tədbir görə bilərik" açıqlamasından sonra məzənnədə müəyyən dəyişiklik baş versə də, vəziyyət hələ də, arzulanan kimi deyil.  

 Çin isə Yuanın dəyərini saxlamaq üçün müdaxilələrini davam etdirir. Bununla belə, dollar/yuan məzənnəsi 0,3 faiz artaraq 7,3248-ə çatıb ki, bu da 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyədir.

Digər xəbərlər