Pekində Azərbaycan Ticarət evi açılıb
İQTİSADİYYAT
16:24
06.09.2023
Baxılıb: 6473
Pekində Azərbaycan Ticarət evi açılıb

Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək sayca 4-cü ticarət evinin açılışı 3 sentyabr 2023-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutub. Açılışla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, sahibkarlar, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Çində sayca 4-cü ticarət evinin ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacağını vurğulayıb. Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin bu kontekstdə uğurlu fəaliyyəti qeyd edilib. Bildirilib ki, digər 3 Azərbaycan ticarət evi Çinin başqa tanınmış şəhərlərində - Çindao, Çendu və Canciaciyedə uğurla fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanın Şanxay, Harbin, Cinan və Vuhanda yerləşən 4 ticarət bölməsi var. Qeyd edilənlərlə yanaşı, Urumçi və Şanxay kimi şəhərlərdə artıq 3 Azərbaycan şərab evi var. Asiya regionu daxilində Çin bazarı şərab məhsullarının əsas istehlakçısı kimi Azərbaycan üçün böyük potensial təklif edir.

Qeyd olunub ki, xaricdə, xüsusən də Çində Azərbaycan ticarət evlərinin yaradılması müsbət nəticələr verib, yerli məhsullarımızın tanıdılmasına, ixracın artmasına, “Made in Azerbaijan” brendinin səmərəli nümayişinə şərait yaradıb. *Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Britaniya Ukraynaya 780 milyon dollarlıq yeni yardım paketi ayırır
20:26
Şarl Mişel: Avropa İttifaqı Ukraynanın Sülh Formulunu dəstəkləyir
20:09
Zelenski Rusiya ilə əsir mübadiləsində Azərbaycanın fəal iştirakından danışıb
20:06
Azərbaycanın “İrəvanın gizli irsi” filmi nüfuzlu kinofestivalın nominantları siyahısına daxil edilib
20:05
İqtisadi Şura 2025-ci və növbəti 3 il üzrə büdcə layihələrini müzakirə edib
19:54
Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib
16:25
Altı ştatda qırmızı həyəcan siqnalı
16:23
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək
15:58
Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir
15:54
BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcək
15:31
Növbəti iki gündə bəzi bölgələrə dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
15:28
İran BRİCS-də təhlükəsizlik üzrə xüsusi strukturun yaradılmasını təkif edib
15:25
Norveçin Türkiyə ilə bağlı qərarı: Müdafiə məhdudiyyətləri qaldırıldı
15:11
Uşaq fotoşəkillərdən süni intellektlə hazırlanan saxta pornoqrafik videolarla ailələrin şantaj edilir
15:06
Ərdoğan: Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir
15:01
Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verib
14:46
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər
14:35
Hesablama Palatası ət və ət məhsullarının qiymətlərinə dair araşdırma aparıb
14:33
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
14:30
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
14:27