2021-ci ildə baş vermiş Thodex dələduzluğunda 400 minə yaxın insanın 2 milyard dollardan çox pulu Fatih Özər və dəstəsinin üzvləri tərəfindən mənimsənilib. Bir müddət sonra Albaniyadan Türkiyəyə ekstradisiya edilən, “Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özər, qardaşı Güven Özər və bacısı Serap Özer ümumilikdə 1 milyard dollar həcmində cərimə olunub. Bundan əlavə Faruk Fatih Özer dələduzluq ittihamı ilə mühakimə olunduğu iddiada 11 min 196 il 10 ay 15 gün həbs cəzasına məhkum edilib.