Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə avtobus sürücüsü, qabyuyan, xadimə, gözətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. İşçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərtə tutulmuşdur.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.
• müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
• əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin 30 sentyabr tarixinədək həyata keçiriləcək. Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək. Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.