Seulda Tehranın dondurulmuş vəsaitlərinin bu yaxınlarda sərbəst buraxılmasından sonra Cənubi Koreya və İran ikitərəfli əlaqələri gücləndirmək üçün addımlar atır. Nyu-Yorkda BMT Baş Assambleyasında keçirilən danışıqlarda Cənubi Koreyanın xarici işlər naziri Park Jin və onun iranlı həmkarı Hüseyn Əmir-Abdollahian ölkələri arasında ikitərəfli münasibətləri inkişaf etdirmək üçün razılığa gəliblər.
Qeyd etmək lazımdır ki, bir müddət əvvəl, İran və ABŞ İranda saxlanılan 5 ABŞ vətəndaşının azad edilməsi ilə bağlı razılığa gəliblər. Əvəzində isə, Cənubi Koreyada dondurulmuş İran aktivlərinin Qətərdəki hesaba köçürülməsi, İranın bu pula çıxışının təmin edilməsi nəzərdə tutulub.