Prezident İlham Əliyev İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon manat ayrılıb.
Bu yol doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirəcəkdir.