Bərdədə yerləşən kafedə antisanitar vəziyyət
İQTİSADİYYAT
11:45
04.10.2023
Baxılıb: 3772
Bərdədə yerləşən kafedə antisanitar vəziyyət

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bərdə şəhərində ictimai iaşə müəssəsində yoxlamalar keçirib. Agentilkdən bildirilir ki, daxil olan vətəndaş müraciəti əsasında Bərdə rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Şərifi Xaliq Əli oğluna məxsus “Söyüdlük” kafesində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

 

Baxış zamanı ictimai iaşə müəssisəsində qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən olunub, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.

 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, ictimai iaşə müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrasıməcburi göstərişlər verilib.

Digər xəbərlər