Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən cari ilin ilk 6 ayında Azərbaycanda investisiya şirkətlərinin aktivləri ilin əvvəli ilə müqayisədə 13 % artaraq 122 milyon dollara çatıb.
Yanvar-iyun aylarında investisiya şirkətlərinin öhdəlikləri isə 16 % artaraq 80 milyon manata, balans kapitalı isə 7,7 % artaraq 42 milyon manata çatıb.