ABŞ-a köçmək istəyənlər üçün, Green Card-a müraciət qaydaları
İQTİSADİYYAT
15:50
06.10.2023
Baxılıb: 1810
ABŞ-a köçmək istəyənlər üçün, Green Card-a müraciət qaydaları

Bu yazıda Green Card ilə bağlı bütün suallarına cavab tapa bilərsiniz.

Kimlər müraciət edə bilər?

Green Card müraciəti üçün 18 yaşdan yuxarı və ən azı orta təhsil almış Azərbaycan  vətəndaşları müraciət edə bilər. Orta təhsili olmayan vətəndaşlar isə müəyyən olunmuş sahələr üzrə ən azı 2 il iş təcrübəsinə (son 5 ildə) sahib olmalıdırlar.

Əsas tələb foto şəkillə bağlıdır.

Foto şəkil. Köhnə olmamalıdır, üzünüzü gizlədəcək heçnə olmamalıdır. Arxa fon və ölçüsü uyğun olmalıdır. Şəkil ilə bağlı bütün məlumatlar bu saytda mövcuddur.

Green Card proqramına necə müraciət edə bilərəm?

Müraciətinizi yalnız bu sayt vasitəsilə  edin. Müraciət ödənişsizdir. Müraciətlər 4 oktyabr - 7 noyabr tarixləri arasında keçərlidir.

Cavablar nə vaxt müəyyən olacaq?

Cavablar adətən növbəti ilin may ayında məlum olur.

Digər xəbərlər