Rusiyanın "Azimut Hava Yolları" aviaşirkəti Moskva-Batumi istiqamətində uçuşlara başlayıb. Növbəti reys sabah, oktyabrın 12-də baş tutacaq. Aviaşirkətin saytında yer alan məlumata görə, uçuşlar həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
Bundan əvvəl, oktyabrın 11-də Azimut Hava Yolları Soçidən Tbilisiyə uçuşlara başlayıb. Uçuşlar həftənin çərşənbə və şənbə günləri yerinə yetirilir.