Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yoxlamalar çərçivəsində Bərdə rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Zaur Abuzər oğluna məxsus günəbaxan tumlarının emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.
Baxış zamanı sexdə qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən edilib.