İşğaldan azad edilən ərazilərdə ilk elektronika və məişət texnikası İRŞAD şirkəti tərəfindən açılır. Şirkət yaxın günlərdə Qarabağda – Füzuli şəhərində ilk mağazasını açmağa hazırlaşır. Mağazanın açılışı münasibətilə Füzuli sakinləri üçün İrşad-da karyera imkanları da yaranıb.
Artıq əməkdaşlıq etmək istəyənlər üçün vakansiyalar elan edilib, seçimlərə başlanılıb. Şirkət nümayəndələri ilə Füzuliyə qayıdan sakinlər arasında görüşlər keçirilib. Seçimlər başa çatdıqdan sonra mağazanın rəsmi açılışı olacaq.