Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ev 139 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Amin Maaruf Okba oğluna məxsus "Kamran" marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 6 ədəd 1 litrlik və 11 ədəd 0.7 litrlik “Nemiroff Vodka”, 2 ədəd 1 litrlik, 1 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Olmeca Tequila Blanco”, 1 ədəd 0.7 litrlik “Olmeca Gold Tequila”, 1 ədəd 1 litrlik “Sierra Tequila”, 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik “Jagermeister” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.
Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi və orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Həmçinin içkilərə dair müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.