İran İslam Respublikası və Qətərin mərkəzi banklarının rəhbərləri Beynəlxalq Valyuta Fondunun (BVF) illik iclası çərçivəsində bir araya gəlib və 6 milyard dollar transferindən sonra bank əməkdaşlığının inkişafı və müştərək investisiyalarla bağlı məsələləri müzakirə ediblər.
Xatırladaq ki, bir müddət öncə İran bir neçə ABŞ vətəndaşını sərbəst buraxması müqavilində Cənubi Koreyada dondurulan 6 milyard ABŞ dolları məbləğində pulu Qətərdəki bank hesabına köçürməyə nail olub.