İqtisadiyyat Nazirliyi Biləsuvarda vətəndaş qəbulu keçirir
İQTİSADİYYAT
14:37
20.10.2023
Baxılıb: 3750
İqtisadiyyat Nazirliyi Biləsuvarda vətəndaş qəbulu keçirir

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 20 oktyabr 2023-cü il tarixində Biləsuvar şəhərində (ünvan: Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213 - Heydər Əliyev Mərkəzi) Biləsuvar və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

 

Qəbula gəlmək istəyən Biləsuvar və Salyan rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Digər xəbərlər