Gəncədə şirniyyat sexində pozuntular aşkarlanıb
İQTİSADİYYAT
16:22
20.10.2023
Baxılıb: 4498
Gəncədə şirniyyat sexində pozuntular aşkarlanıb

 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərəfindən fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

 

Belə ki, müəssisədə məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, istehsal olunan məhsulların (qənd, pryanik, marmelad və şərq şirniyyatı) etiket məlumatlarının düzgün qeyd olunmadığı və digər nöqsanlar müəyyən edilib.

Digər xəbərlər