Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1 milyon 535 min 800 nəfər gəlib.
Gələnlərin 31,0 faizi Rusiya Federasiyası, 17,8 faizi Türkiyə, 7,5 faizi İran, 5,0 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 2,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,7 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Çin və Böyük Britaniya, 11,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil etmişdir.