Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Gennadi Arveladze və Koreya Respublikasının ticarət naziri Duqkun Ahn iki ölkə arasında iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlara başlayıblar.
Danışıqların birinci raundu 2024-cü ilin birinci rübündə planlaşdırılır. İmzalanması planlaşdırılan azad ticarət üzrə saziş mal və xidmət ticarətini, ticarətlə bağlı müxtəlif məsələləri, texniki ticarət maneələrini, əqli mülkiyyət hüquqları və dövlət satınalmalarını əhatə edəcək.