Gürcüstanın Anaklia qəsəbəsində ilk dərin su limanının tikintisinə 2024-cü ilin mart-aprel aylarında başlanacaq, Bu barədə baş nazir İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
Gürcüstan hakimiyyəti Anaklia limanının tikintisini 51%-nin dövlətə məxsus olması şərti ilə bərpa etmək qərarına gəlib. Yeni limanın tikintisinə 2017-ci ilin dekabrında başlansa da, müəyyən səbəblərdən dayandırılmışdı.