Milli Məclisin 5 komitəsinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsi müzakirə olunub
12:14
04.11.2023
Baxılıb: 6663
Milli Məclisin 5 komitəsinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsi müzakirə olunub

Noyabrın 3-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

İclası açan Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, birgə iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.

Sonra iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla, güclü milli iqtisadi resurslara söykənərək, Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm əhəmiyyətə malik tədbirlərin maliyyələşdirilməsi üçün zəmin yaradır. Növbəti ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərimizə Böyük qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətləri kimi nəzərdə tutulub. Bu prioritet istiqamətlər, həmçinin  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” ilə müəyyən edilmiş tədbirlərin icrasının maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin üçdə biri qədər vəsait ayrılacaq. Bununla yanaşı, əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, səhiyyə sahəsində islahatların aparılması, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da diqqətdə saxlanılıb.

Nazir qeyd edib ki, 2024-cü ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri əsas götürülüb. Orta müddətli dövr üzrə büdcə vergi siyasətinin formalaşdırılmasında qlobal və regional geosiyasi gərginlik və digər bir sıra xarici və daxili faktorlar nəzərə alınıb.

Samir Şərifov bildirib ki, növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat səviyyəsində nəzərdə tutulur, xərcləri isə 36 milyard 763 milyon manat həcmində təklif olunur.

O, qeyd edib ki, 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə  müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq.

Nazir diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair birinci dövlət proqramının icrası üçün 4 milyard manat, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək.

Samir Şərifov bildirib ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 42,9 faizi, onun cari xərclərinin isə 70 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. O, həmçinin dövlət büdcəsində təhsil xərclərinə 4 milyard 550 milyon, səhiyyə xərclərinə 3 milyard 307 milyon, mədəniyyət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı üçün 575 milyon vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 Maliyyə naziri 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı bildirib ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.

Bildirilib ki, Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi isə 516 milyon manat təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12
İsrail ordusu: Beyrutdakı xəstəxananın altında “Hizbullah”a aid 500 milyon dolların saxlanıldığı bunker var
10:11
İsrail ordusu Suriyada “Hizbullah”ın komandirlərindən birini məhv edib
10:10
Konqo Demokratik Respublikasının şərqində üsyançılar Kambele şəhərini ələ keçiriblər
10:07
HƏMAS yeni liderinin adını açıqlamağı nəzərdən keçirmir
10:06
Serbiyada BRICS-ə qoşulmaq məsələsi ilə bağlı referendum keçirilə bilər
10:05
Perunun keçmiş prezidenti korrupsiyaya görə 20 il həbs cəzası alıb
10:03
IMF: Ticarət dünya iqtisadiyyatının artım mühərriki olmaqdan çıxıb
10:02
FHN: Su basmış ərazilərdən 8 vətəndaş təxliyə edilib, suyun çəkilərək kənarlaşdırılması təmin edilib
09:58
Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb
09:57
Son bir ayda 17 minə yaxın şəxs qrip əleyhinə vaksinasiya olunub
09:57