Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
İQTİSADİYYAT
16:47
06.11.2023
Baxılıb: 5598
Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

Noyabr ayının 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə DVX-də hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı sayca 19-cu test imtahanı keçirib. Test imtahanında ümumilikdə 2392 nəfər iştirak edib. Namizədlər iqtisadiyyat və hüquqşünaslıq ixtisasları ilə yanaşı digər ixtisas istiqamətlərini də əhatə edib.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri DVX-nin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilib. Test imtahanının sualları DVX-də hüquq, digər ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə işə qəbul olmaqla 3 kateqoriyaya bölünüb. İmtahanda namizədlərə 100 sual təqdim olunub, hər imtahan sualı 1 balla qiymətləndirilib.

Ümumilikdə 3 saat davam edən test imtahanının nəticəsində 616 nəfər namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.

 Müsabiqənin hər iki mərhələsində uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil olunacaq və mütəmadi qaydada vakant vəzifələrə təyin edliləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07
MİDA rəsmisi: “Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib”
13:02
KİV: Ağ Ev miqrantlara ölkəyə müvəqqəti humanitar giriş proqramını uzatmayacaq
13:00
İsrail ordusu: Ölkənin şimalında iki əsgər ölüb, onlarla yaralı var
12:58
Şirkət nümayəndəsi: “Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi ölkədən valyuta axınının qarşısını alacaq
12:44
UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Müəllimlər Günü münasibətilə paylaşım edib
12:41
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
12:32
Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib
12:24
Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib
12:15
Azad edilmiş ərazilərə köçürülən 2800 -ə yaxın sakinin məşğulluğu təmin edilib
11:48
ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə səfər edəcək
11:46
“İmarət” stadionu bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq
11:35
Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir
11:34
Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından dörd il ötür
11:25
Hamburqda Marburq virusu həyəcanı: İki platforma bağlandı
11:17
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
11:15
İki Almaniya 34 ildən sonra da tam birləşə bilmədi
11:10
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib
11:06
Türkiyədən Yunanıstana keçmək istəyən 24 miqrant saxlanılıb
10:48