Rusiyanın Birləşmiş Təyyarə Korporasiyası İL-96-400M geniş gövdəli sərnişin təyyarəsini uğurla sınaqdan keçirib. Sınaq zamanı təyyarə 2000 metr yüksəkliyə və 390 km/saat sürətə çatan 26 dəqiqəlik uçuş edib. 370 sərnişin tutumuna malik təyyarə Airbus-un A340 və Boeing-in 777 təyyarələri ilə rəqabət aparması planlaşdırılır.
Şirkətin əsas məqsədi Rusiyanın Qərb şirkələrindən asılılığını azaltmaqdır.