Ermənistanın Hraparak nəşrinin verdiyi məlumata görə, oktyabrın 29-da Rusiya Ermənistanın iqtisadiyatına daha bir zərbə vurub. Belə ki, Rusiyada qəbul edilən qanuna dəyişikliyinə görə, Rusiyaya Avrasiya İqtisadi İttifaqı ərazisindən gətirilən avtomobillər üçün daha yüksək vergi təyin edib. Bəzi avtomobillər üçün bu vergi 17 min dollara qədər çatıb.
Yeni qərar nəticəsində Ermənistandan Rusiyaya avtomobillərin reeksportu gəlirsiz hala düşüb, bu bizneslə məşğul olan minlərlə insan çətin vəziyyətlə üzləşib. Hazırda Ermənistanda ehtiyacdan çox avtomobilin olması, daxili bazar üçün təhlükə yaradacağı deyilir.