Gürcüstan Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadze bildirib ki, Pegasus Hava Yolları dekabrın 22-dən etibarən Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayacaq.
Kutaisidən İstanbula həftəlik uçuşların həyata keçirilməsi nəzərdə tutulur.1990-cı ildə yaradılan Pegasus Hava Yolları hazırda 50 ölkə üzrə 130 istiqamətə xidmət göstərir və bir neçə ildir ki, Tbilisi və Batumi beynəlxalq hava limanlarından uçuşlar həyata keçirir.