Vergidən yayınmaq istəyən şəxs həbs edilib
İQTİSADİYYAT
12:01
14.11.2023
Baxılıb: 6215
Vergidən yayınmaq istəyən şəxs həbs edilib

Vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə, sahibkarlıq faəliyyətindən gəlirlər və xərclər barədə vergi orqanlarına təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edilməsi ilə bağlıdır.

 

Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Qasımov Natiq Şərəddin oğludur. Bakı şəhərində anadan olmuş vətəndaş N.Qasımov eyni zamanda bir neçə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınaraq müxtəlif müəssisələrin rəhbəri kimi fəaliyyət göstərib. Belə ki, o, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Biznes-Qrup" MMC və "Toodor-2017" MMC-nin, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Texniki Kompleks 2016" MMC və "Alyans Təminat" MMC-nin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Life LT" MMC və "Lezko-BB" MMC-nin, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Bizness-Elit" MMC, "İSB Country" MMC və "MTS-2015" MMC-nin, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Kristal LTD" MMC-nin faktiki rəhbəri olub.

 

N.Qasımovun digər şəxslərlə birgə rəhbərlik etdiyi 10 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1,5 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin əvvəllər də eyni əməli törətdiyinə görə məhkəmənin hökmü ilə təqsirli bilinərək həbs olunduğundan və hazırda cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməyib.

 

Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub, oradan isə baxılması üçün məhkəməyə göndərilib.

 

Yasamal Rayon Məhkəməsinin 08.05.2023-cü il tarixli hökmü ilə Qasımov Natiq Şərəddin oğlu Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əvvəlki hökmü də nəzərə alınmaqla, ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
İctimai nəqliyyata kiberhücum edən 17 yaşlı yeniyetmə həbs edilib
18:48
Yaşıllardan CDU-ya: Spahnı təyyarənin önündə oturdun
18:42
Ata 5 aylıq körpəsini döyərək öldürüb
14:03
Azərbaycan CIFTIS sərgisində təmsil olunur
14:01
Mərakeşdə erməni təxribatının qarşısı alınıb
13:59
Minlərlə cinayətkar küçələrdədir
13:51
Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ
13:45
Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi
13:39
Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək
11:54
Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
11:50
Uill Smitin Bakıda konserti baş tutub
11:48
Belarus Çinlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir
11:45
Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır
11:42
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:28
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub
11:27
Estoniya “Rail Baltic” layihəsinin maliyyələşdirilməsinə 200 milyon avro ayıracaq
09:29
İsrail ordusu: Livandan 5 raket atılıb
09:28
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
09:27
Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib
09:24
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
09:23