İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni bəyan edib ki, 2023-cü ildə 10 Avropa İttifaqı ölkəsində iqtisadi tənəzzül yaşanacağı proqnozlaşdırılır.
Avropa Komissiyasının proqnozuna görə Almaniya iqtisadiyyatının ilin sonuna qədər 0,3%, Estoniya iqtisadiyyatı isə 2,6% azalma ilə üzləşəcək.
Bəzi Avropa İttifaqı ölkələrində isə, iqtisadi artımın olacağı gözlənilir. Bu ölkələr sırasına Malta ÜDM artımını 4% böyümə, Xorvatiya isə 2.6% səviyyəsində böyümə ilə daxil olub.