Gürcüstanda üçüncü rübün turizm statistikaları açıqlanıb. Statistikaya görə, 2023-cü ilin üçüncü rübündə Gürcüstana gələn xarici ziyarətçilərin sayı ötən illə müqayisədə 19,4% artaraq 2,7 milyon nəfərə çatıb.
2023-cü ilin yayında turistlər Gürcüstanda 4,8 milyard lari xərcləyib ki, bu da ötən illə müqayisədə 7,3% çoxdur.
Gürcüstanda olduğu müddətdə hər turistin orta hesabla 2105 lari [780 ABŞ dollarından çox] pul xərclədiyi deyilir.