Türk Hava Yolları (THY) rəhbərliyi 355 təyyarə sifarişi üçün İstanbulda Airbus rəsmiləri ilə görüş keçirib.
İstanbulda keçirilən görüşdə THY-nin almağa qərar verdiyi 10 ədəd A350-900 təyyarəsinə əlavə olaraq; 75 A350-900, 15 A350-1000, 5 A350F yük təyyarəsi və 250 A321 NEO olmaqla, ümumilikdə 355 təyyarənin alınması müzakirə edilib.
Bu Türk Hava Yollarının tarixindəki ən böyük sifarişdir.