Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstandan havaya qalxan təyyarəsi Qəzza zolağının əhalisi üçün nəzərdə tutulan 27 ton humanitar yardımı Əl-Ariş hava limanına çatdırıb.
Yardıma qida, uşaq ləvazimatları, geyim, ayaqqabı və gigiyena vasitələri daxildir. Bu, Dağıstandan Qəzzaya yardım məqsədilə göndərilən ikinci təyyarədir.
Ümumilikdə Rusiya Qəzza əhalisinə dəstək üçün 200 tondan çox humanitar yardım çatdırıb.