Almaniya və Nigeriya qaz ticarətində razılığa gəliblər.
İQTİSADİYYAT
17:40
22.11.2023
Baxılıb: 4649
Almaniya və Nigeriya qaz ticarətində razılığa gəliblər.

Afrikanın ən böyük neft istehsalçısı olan Nigeriya və Almaniya enerji sahəsində razılığa gəliblər. Razılıq çərçivəsində Nigeriya Almaniyaya daha çox qaz tədarük edəcək, Almaniya isə öz növbəsində Nigeriyada bərpa olunan enerji layihələrinə 500 milyon dollar sərmayə qoyacaq.

 

 Nigeriyanın Riverside LNG layihəsi və Almaniyanın Johannes Schuetze Energy Import şirkəti tərəfindən imzalanan Anlaşma Memoranduma görə Nigeriya Almaniyaya ildə 850.000 ton mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edəcək. Gələcəkdə bu rəqəm 1,2 milyon tona çatacaq.

 

Göndəriləcək qazın Almaniyanın ümumi LNG idxalının 2%-ni təşkil edəcəyi bildirilir. İlk qaz tədarükünün isə 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır. 

Digər xəbərlər