Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.
Verilən məlumata görə Türkmənistana işgüzar səfər çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və İqtisadiyyat naziri Mikayıl Cabbarov birlikdə Aşqabadda SOCAR nümayəndəliyinin ofisinin açılışında iştirak edib.