ABŞ texnologiya nəhəngi Apple yeni telefon seriyası iPhone 15 və iPhone 15 Pro-nu sentyabr ayında təqdim etdi. 2 ay yarım keçməsinə baxmayaraq, modelin Türkiyədə qiymətləri artıb.
Türkiyənin ən bahalı telefonu hesab edilən iPhone 15-in başlanğıc qiyməti 49.999 TL-dən 53.999 TL-yə qalxıb, iPhone 15 Pro-nun qiyməti isə 100 min TL-yə çatıb.