Dünyanın ən varlı adamları
İQTİSADİYYAT
11:17
04.12.2023
Baxılıb: 6911
Dünyanın ən varlı adamları

Forbes jurnalı dünyadakı milyarderlərlə bağlı növbəti hesabatını paylaşıb. Hesabatda maraqlı olan məqamları diqqətinizə çatdırırıq. 

Milyarderlərin sayı azalıb. 

 

Belə ki, 2023-cü ildə sərvəti 10 rəqəmli olan, yəni ən az bir milyard ABŞ dolları olanların sayı 2640 nəfərdir. 2022-ci ildə isə bu rəqəm 2668 olub. Bir il ərzində milyarderlərin sayı 28 nəfər azalıb. 

 

Milyarderlərin sərvəti də azalıb. 

 

2023-cü ildə milyarderlərin sayı ilə yanaşı, onların sərvəti də azalıb. Belə ki, 2023-cü ildə dünyadakı bütün milyarderlərin sərvəti 12.2 trilyon ABŞ dolları olub. Ötən il isə bu rəqəm 12.7 trilyon dollar olub. Bir il ərzində milyarderlərin sərvəti 500 milyard ABŞ dolları həcmində azalıb. Demək olar ki, siyahıda olan milyarderlərin yarısının sərvəti azalıb. 

 

Milyarderlər siyahısında ABŞ-dan olan 735 nəfər var və onların sərvəti 4.5 trilyon ABŞ dollardır. Siyahıda ABŞ-dan sonra ikinci yerdə isə Çin dayanır. Çindən olan 562 milyarderin ümumilikdə 2 trilyon ABŞ dolları sərvəti var. Üçüncü yeri isə 169 milyarder və 675 milyard ABŞ dolları həcmində sərvət ilə Hindistan tutur. 

 

Dünyanın ən varlı adamı

 

Uzun illərdir, dünyanın ən varlı adamı dedikdə ağlımıza gələn ad Bill Geyts olub. Son dövrlərdə isə, bu ad Tesla və Space X şirkətlərinin qurucusu Elon Musk olub. Lakin Forbes siyahısına baxdıqda isə qarşımıza tamamilə başqa ad çıxır. Bəs dünyanın ən varlı adamı kimdir?

 

Artıq dünyanın ən varlı adamı Bernard Arnault və ailəsidir. 74 yaşlı Fransalı Bernard Arnault 75 geyim və kosmetika şirkətini özündə birləşdirən LVMH imperiyasının sahibidir. Forbesə görə onun hazırkı sərvəti 211 milyard ABŞ dollarıdır. Bernard Arnaultun ikinci yerdəki rəqibi Elon Muskdan 31 milard ABŞ dolları daha çox pulu var. 

 

LVHM-ə ümumilikdə 75 brend aiddir. Bu siyahıdaTiffany & Co., Christian Dior, Fendi, Givenchy, Marc Jacobs, Stella McCartney, Loewe, Loro Piana, Kenzo, Celine, Sephora, Princess Yachts, TAG Heuer və Bulgari kimi brendlər var.  

 

2018-ci ildə 72 milyard ABŞ dolları sərvəti olan Bernard Arnault 2019-2020-ci illərdə bu sərvətini yalnızca 4 milyard ABŞ dolları həcmində artıra bilmişdi. 2021-ci ildə isə Arnaultun sərvətini 150 milyard ABŞ dollarına, 2022-ci ildə 158 milyarda, 2023-cü ildə isə 211 milyarda çatdıraraq son 5 il ərzində sərvətini 3 dəfə artırmağı bacarıb. 

 

Dünyanın ikinci varlı adamı isə qeyri-adi fikirləri və davranışları ilə seçilən, elektrik avtomobili sənayesində əsas oyunçulardan olan Teslanın rəhbəri və kosmosa roket göndərərək NASA ilə rəqabət aparan Elon Muskdır. Elon Musk əslində keçən il 219 milyard ABŞ dolları ilə dünyanın ən varlı adamı idi. Lakin Twitter sosial şəbəkəsini alması ilə və Teslanın hissələrində olan ucuzlaşmadan sonra sərvəti azalan Elon Muskın hazırda 180 milyard ABŞ dolları həcmində sərvəti var. 

 

 

 

Elon Musk dünyada əhali artımından narahatlığını bildirsə də, 3 evliliyindən 10 uşağı var. Onun uşaqlarından yeddisi biri üçəm olmaqla, dördü isə iki ayrı yumurta ekizdir. 

 

Dünyanın üçüncü ən varlı adamı 1994-cü ildə öz qarajında Amazonu quran Cef Bezosdur. Amazon şirkətinin 10%-dən biraz çoxu ona məxsusdur. 2019-cu ildə 25 illik evliliyini bitirən Cef Bezos şirkətin 16%-i keçmiş həyat yoldaşına vermişdi. 

 

Cef Bezos da sərvəti azalanlar arasındadır. Belə ki, 2021-ci ildə 177 milyard ABŞ dolları olan Cef Bezosun sərvəti 2022-ci ildə 171 milyarda, 2023-cü ildə isə 114 milyarda düşmüşdür. Buna baxmayaraq, Cef Bezos hazırda dünyanın üçüncü ən varlı adamıdır. 

 

Dünyanın dördüncü varlı adamı isə 78 yaşlı Larry Ellisondur. Larri Ellison sərvətini 40%-ə yaxın hissələrinə sahib olduğu proqram təminatı nəhəngi Oracle-dan qazanıb. Ellison 2020-ci ildə Havayidə 300 milyon ABŞ dollarına ada alaraq ora köçüb. 

 

Dünyanın beşinci varlı adamı olan 92 yaşlı Warren Buffett sığorta şirkəti Geico, batareya istehsalçısı Duracell və Dairy Queen restoran şəbəkəsi də daxil olmaqla onlarla şirkətə sahib olan Berkshire Hathaway-i idarə edir. O, dünyanın ən uğurlu investorlarından sayılır.  Buffet sərvətinin 99%-dən çoxunu bağışlamağa söz verib. İndiyədək o, əsasən Gates Fondu və uşaqlarının fondları vasitəsilə təxminən 55 milyard dollar verib.

 

Buffetin sərvəti 2020-ci ildən bu yana çox artıb. Belə ki, 2020-ci ildə 67.5 milyard ABŞ dolları sərvəti olan Buffetin hazırda 106 milyard ABŞ dolları var. 

 

Dünyanın altıncı ən varlı adamı isə, hamımızın adını tez-tez eşitdiyi Bill Gatesdir. 67 yaşlı Bill Gates sərvətini Microsoft təminatından qazanmış, daha sonra isə müxtəlif sahələrə investisyalar etmişdi. 

 

Qeyd etmək lazımdır ki, Bill Gates pandemiyadan sonra varlanıb, son bir ildə isə çox pul itirib. Belə ki, 2020-ci ildə 98 milyard ABŞ dolları sərvəti olan Bill Gates 2022-ci ildə sərvətini 129 milyarda çatdırsa da, 2023-cü ildə 25 milyard dollar itirərək 104 milyard ABŞ dolları sərvəti ilə dünyanın altıncı ən varlı adamı ola bilib. 

 

Siyahıda 7-ci və sonrakı yerləri tutanların isə sərvəti 100 milyard ABŞ dollarından azdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51