Azərbaycan Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2023-cü ilin dekabr ayının 1-ə olan məlumata görə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,6 faiz artaraq 759,1 min olub.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,3 faiz artıb və 45,2 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 8,1 faiz artaraq 204,6 minə çatıb.