Energetika nazirliyindən verilən məlumata görə, 2023-cü ilin 10 ayı ərzində ixrac edilən qazın ümumi həcmi 22.05 milyard kubmetr olub. Bunun 10.85 milyard kubmetri Avropaya, 8.7 milyard kubmetri Türkiyəyə, 2.5 milyard kubmetri isə Gürcüstana ixrac edilib.