Turizm statistikası - Ərəb turistlər azalıb,turistlərin sayı 1.9 milyona çatıb, İrana gedənlərin sayı azalıb
İQTİSADİYYAT
15:29
22.12.2023
Baxılıb: 6794
Turizm statistikası - Ərəb turistlər azalıb,turistlərin sayı 1.9 milyona çatıb, İrana gedənlərin sayı azalıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1893,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

 

Gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,3 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faizi Küveyt, 1,3 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil etmişdir. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,0 dəfə, Cənubi Koreyadan - 3,4 dəfə, Türkmənistandan - 2,5 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Hindistandan - 1,9 dəfə, Polşadan - 1,9 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Tacikistandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,5 dəfə, Moldovadan - 1,5 dəfə, Özbəkistandan - 49,8 faiz, Belarusdan - 48,3 faiz, Rusiya Federasiyasından - 42,9 faiz, Kanadadan - 41,2 faiz, ABŞ-dan - 38,1 faiz, Küveytdən - 30,3 faiz, Gürcüstandan - 28,9 faiz, Fransadan - 26,4 faiz, Niderlanddan - 25,9 faiz, İsraildən - 24,4 faiz, Böyük Britaniyadan - 24,0 faiz, Türkiyədən - 20,6 faiz, Almaniyadan - 18,4 faiz, Ukraynadan - 12,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 7,8 faiz artmışdır.

2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 47,1 faiz artaraq 758,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,7 faiz artaraq 97,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 312,8 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7 faizi hava, 27,0 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             

2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1709,4 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 32,8 faiz, Türkiyəyə gedənlərin sayı 21,9 faiz artmış, İrana gedənlərin sayı 25,8 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44,0 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil etmişdir.

2023-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07
MİDA rəsmisi: “Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib”
13:02
KİV: Ağ Ev miqrantlara ölkəyə müvəqqəti humanitar giriş proqramını uzatmayacaq
13:00
İsrail ordusu: Ölkənin şimalında iki əsgər ölüb, onlarla yaralı var
12:58
Şirkət nümayəndəsi: “Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi ölkədən valyuta axınının qarşısını alacaq
12:44
UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Müəllimlər Günü münasibətilə paylaşım edib
12:41
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
12:32
Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib
12:24
Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib
12:15
Azad edilmiş ərazilərə köçürülən 2800 -ə yaxın sakinin məşğulluğu təmin edilib
11:48
ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə səfər edəcək
11:46
“İmarət” stadionu bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq
11:35
Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir
11:34
Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından dörd il ötür
11:25
Hamburqda Marburq virusu həyəcanı: İki platforma bağlandı
11:17
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
11:15
İki Almaniya 34 ildən sonra da tam birləşə bilmədi
11:10
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib
11:06
Türkiyədən Yunanıstana keçmək istəyən 24 miqrant saxlanılıb
10:48