Qazaxstan və Rumınya arasında ticarət dövriyyəsi artıb
İQTİSADİYYAT
14:53
18.02.2024
Baxılıb: 3239
Qazaxstan və Rumınya arasında ticarət dövriyyəsi artıb

Kazinform İnformasiya Agentliyi xəbər verir ki, Buxarestdə Qazaxıstan və Rumıniya arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib. 

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev və Rumıniyanın energetika naziri Sebastian Burduja diplomatların, kənd təsərrüfatı, nəqliyyat və əmək orqanlarının nümayəndələrinin iştirak etdiyi tədbirə həmsədrlik ediblər.

Statistik məlumatlara görə, Qazaxıstan və Rumıniya arasında əmtəə dövriyyəsi ötən il 2,9 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə (2,7 milyard dollar) 8,5% çoxdur.

Qazaxıstanın Rumıniyaya ixracı 2023-cü ildə 10,1% artaraq 2,8 milyard dollara, idxalı isə 21,1% azalaraq 112,2 milyon dollara çatıb.

Digər xəbərlər