Hərrac vasitəsilə satılan ucuz avtomobillərin sayı açıqlanıb
İQTİSADİYYAT
23:02
24.02.2024
Baxılıb: 2978
Hərrac vasitəsilə satılan ucuz avtomobillərin sayı açıqlanıb

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən məlumata görə 2024-cü ilin yanvar ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 15,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Cari ilin ilk ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 37 nəqliyyat vasitəsi özəlləşdirilib. Yanvar ayında hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.

2024-cü ilin yanvar ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 12,3 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

İlin ilk ayı ərzində 46-sı qeyri-yaşayış, 155-i isə torpaq sahələrinə aid olmaqla, ümumilikdə 201 yeni icarə müqaviləsi bağlanılıb.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin yanvar ayında dövlət büdcəsinə 3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2024-cü ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 15,3 milyon manat vəsait daxil olub.

 
Digər xəbərlər