Nazir Məcnun Məmmədov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbər şəxsləri ilə görüşüb
İQTİSADİYYAT
19:02
19.08.2024
Baxılıb: 979
Nazir Məcnun Məmmədov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbər şəxsləri ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbər şəxsləri ilə görüşüb. Görüşdə nazirliyin müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən nazir Məcnun Məmmədov pambıqçılığın respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biri olduğunu və bu sahənin inkişafının fermerlərin gəlirlərinin çoxalmasına, bölgələrdə məşğulluq səviyyəsinin artmasına müsbət təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirilir, bu mexanizmlər sayəsində əkinə maraq artıb. Nazirlik tərəfindən digər sahələrdə olduğu kimi, pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini söyləyib.

 

Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası İdarə Heyətinin sədri Fərid Firudinov bildirib ki, rəhbərlik etdiyi ictimai təşkilatın fəaliyyətinin əsas məqsədi müasir elmi-texniki yeniliklərin və innovativ texnologiyaların tətbiqi imkanlarını təbliğ etməklə ölkəmizdə istehsal olunan pambığın məhsuldarlıq və keyfiyyət göstəricilərini artıraraq sektor iştirakçılarının rifahını yüksəltməkdir. Ölkədə pambıq tədarükü və emalı ilə məşğul olan ən böyük şirkətləri öz sıralarında birləşdirən assosiasiya sektorun inkişafına öz töhfəsini verməyə çalışır.

 

Görüşdə ölkədə pambıqçılığın mövcud durumu, məhsul yığımı ərəfəsində həyata keçirilən son aqrotexniki tədbirlər, zərərvericilərə qarşı mübarizənin təşkili, texnikaların yığım prosesinə hazırlıq səviyyəsi barədə fikir mübadiləsi aparılıb. İştirakçılar, həmçinin pambıq tədarükündə keyfiyyət parametrlərinə görə tədarük mexanizminin təşkili, dəyər zəncirini inkişaf etdirmək, fermer təsərrüfatlarında dayanıqlılığı təmin etmək, “Better Cotton Initiative” təşkilatına üzvlük, pambıqçılıqda tətbiq olunan dərmanların keyfiyyəti, ölkədə ilk dəfə istehsal olunan iplik növləri, yerli şəraitə uyğun pambıq sortlarının yaradılması və digər önəmli mövzular ətrafında fikir mübadiləsi aparıblar.

 

Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq şöbə və struktur bölmələrə tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05