Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə yüksəksürətli yol çəkəcək.
Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Məlumata görə, Şərq-Qərb avtomobil yolunun tərkibinə daxil olan yolların tikintisi ilə bağlı tender elan edilib.
Söhbət "Rustavi-Qırmızı körpü" və "Algeti-Sadaxlo" yollarından gedir. 61.3 km uzunluğunda dördzolaqlı avtomobil yolunun tikintisinə 2025-ci ildə başlanılacaq və işlərin 30 ay sonra mərhələlərlə başa çatdırılacaq.
Tikinti işləri 250 milyon avroya başa gələcək və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.