Xankəndidə toxuculuq fabriki inşa edilir
İQTİSADİYYAT
19:23
24.08.2024
Baxılıb: 741
Xankəndidə toxuculuq fabriki inşa edilir

Xankəndi şəhərində ümumi investisiya dəyəri 6 milyon ABŞ dolları olan toxuculuq fabriki inşa edilir. Özbəkistanla birgə həyata keçirilən layihənin ilkin mərhələsində 400 nəfər işlə təmin olunacaq.

 

Tikinti işlərini həyata keçirən “BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazisi 1,5 hektar olan fabrikin tikintialtı sahəsi 4000 kvadratmetrdir. Fabrikin birinci mərtəbəsi kəsim, ikinci və üçüncü mərtəbələri toxuculuq müəssisəsi kimi fəaliyyət göstərəcək. Zirzəmi hissə isə depo olacaq.

 

Hazırda yüngül sənaye müəssisəsində birinci mərhələdə işlərin 70 faizi icra edilib. Bu ilin sonunadək birinci mərhələnin yekunlaşması nəzərdə tutulur. Fabrikin tam fəaliyyətə başlaması isə 2025-ci ilin sonuna planlaşdırılır. Müəssisə tam fəaliyyətə başlayanda burada 800-1000 nəfər işlə təmin olunacaq. Fabrikə Özbəkistandan da mütəxəssislər cəlb ediləcək.

Fabrikdə quraşdırılacaq dəzgahlar Türkiyədən, tikiş üçün xammal isə Özbəkistandan gətiriləcək. Fabrikdə əsasən qısaqol köynəklərin istehsalı nəzərdə tutulsa da, mərhələli şəkildə müxtəlif geyimlərin istehsalı da planlaşdırılır. İstehsal olunacaq məhsullar yerli bazarla yanaşı, xaricə də ixrac olunacaq. Artıq dünyanın tanınmış geyim firmaları ilə danışıqlar aparılır.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin avqustun 22-23-də Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında investisiya proqramları müəyyən olunub. Burada sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi əsas yer tutur. Daşkənddə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə isə yeni Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib. Ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçiriləcək ki, Xankəndi şəhərində Özbəkistanın inşa etdiyi toxuculuq fabriki də onlardan biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54