Pakistan-Azərbaycan biznes-forumu ilə bağlı məsələlər müzakirə olunub
İQTİSADİYYAT
18:20
27.08.2024
Baxılıb: 853
Pakistan-Azərbaycan biznes-forumu ilə bağlı məsələlər müzakirə olunub

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda bu ölkənin federal ticarət naziri Cam Kamal Xan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə sentyabrın 16-da Bakıda keçirilməsi planlaşdırılan Pakistan-Azərbaycan biznes-forumu ilə bağlı məsələlər müzakirə olunub.

Səfir Xəzər Fərhadov pakistanlı iştirakçılar üçün viza rejiminin sadələşdiriləcəyini bildirərək, ölkələrimiz arasında bərpaolunan enerji və infrastruktur da daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığın inkişafı etməsi üçün şəraitin mövcudluğunu diqqətə çatdırıb.

Diplomat, həmçinin bildirib ki, Azərbaycan-Pakistan Ticarət Palatasının qarşıdan gələn açılış mərasimi keçiriləcək.

Söhbət zamanı əməkdaşlıq imkanlarının əhəmiyyətli dərəcədə artırılması üçün prosesə Pakistanın özəl sektorunun da cəlb olunmasının vacibliyi vurğulanıb.

Pakistanın ticarət naziri Cam Kamal Xan forumla bağlı nikbinliyini ifadə edib, onu ölkələrarası ticarətin genişləndirilməsi, Azərbaycan ilə Pakistan arasında davamlı iqtisadi əməkdaşlıq üçün zəmin yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

Qeyd olunub ki, o və investisiya naziri Əbdül Alim Xan Bakıda keçiriləcək biznes-forumda iştirak edəcəklər.

Forumda düyü, meyvə, tərəvəz, emal olunmuş qida məhsulları, əczaçılıq, cərrahiyyə ləvazimatları, şüşə məmulatları, keramika, kimyəvi maddələr, nəqliyyat və logistika, informasiya texnologiyaları, mühəndislik avadanlıqları və digər sahələri əhatə edən 43 Pakistan şirkətinin iştirakı təsdiqlənib.

Tədbirdə ölkələr arasında biznes imkanları araşdırılacaq və iki ölkənin ticarət əlaqələrinin gücləndirilməsi üçün addımlar atılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05