Kiçik və orta biznesin rəqəmsallaşmasına dəstək məqsədilə “digiMATE” platforması yaradılıb
İQTİSADİYYAT
12:32
28.08.2024
Baxılıb: 1361
Kiçik və orta biznesin rəqəmsallaşmasına dəstək məqsədilə “digiMATE” platforması yaradılıb

Kiçik və orta biznesin rəqəmsallaşmasına dəstək məqsədilə “digiMATE” platforması yaradılıb.

AZƏRTAC-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, rəqəmsal transformasiya müasir biznesin formalaşmasını şərtləndirən aparıcı amildir. Elektron ticarət, rəqəmsal ödənişlər, süni intellekt, böyük verilənlər, blokçeyn, “əşyaların interneti” – bütün bu faktorlar ənənəvi biznesin rəqəmsal biznesə keçidində özünəməxsus rol oynayır. Rəqəmsal transformasiya kiçik və orta biznesdə (KOB) innovasiyaları sürətləndirmək və bununla da rəqabət qabiliyyətini gücləndirmək üçün əsas vasitə kimi ön plana çıxır.

Göründüyü kimi, qlobal tendensiyalar və ölkəmizdə İKT sektorunun davamlı inkişafı KOB-ların rəqəmsallaşmasının sürətləndirilməsini zərurətə çevirir. Ümumiyyətlə, rəqəmsal transformasiya bizneslərə bir sıra sahələrdə rəqabət üstünlüyü qazandırır. Rəqəmsallaşmanın təşəkkülü KOB-lara daha çevik qərarlar vermək, yeni məhsul və xidmətlər təqdim etmək, şəffaflığı təmin etmək, müştəri məmnuniyyətini artırmaq, əməliyyat xərclərini azaltmaq, insan kapitalını daha səmərəli idarə etmək və minimum resurslarla maksimum effektivlik imkanı yaradır.

Belə ki, yeni rəqəmsal dövrün reallıqlarına əsaslanaraq ölkə miqyasında KOB-ların çoxşaxəli rəqəmsallaşma layihəsi çərçivəsində “digiMATE” platforması istifadəyə verilib. Platforma İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı nəticəsində reallaşdırılır. “digiMate” platformasına www.digimate.az üzərindən daxil olmaq mümkündür.

“digiMATE” kiçik və orta bizneslərin rəqəmsallaşma bələdçisidir və rəqəmsallaşma səyahəti boyunca onları müşayiət edəcək. “digiMATE” korporativ rəqəmsal transformasiyanın mühüm aspektlərini əhatə edir və iki istiqamətdən ibarətdir: Rəqəmsal Yetkinlik İndeksi (RYİ); RYİ+ (rəqəmsal yetkinliyi orta və yüksək səviyyədə olan KOB-lar üçün nəzərdə tutulmuş qiymətləndirmə sistemi).

Rəqəmsal Yetkinlik İndeksi bizneslərin rəqəmsallaşma səviyyələrini ölçmələri üçün qiymətləndirmə aləti rolunu oynayır. Belə ki, KOB-lar platformada qeydiyyatdan keçdikdən sonra RYİ vasitəsilə rəqəmsallaşmanın hansı mərhələsində olduqlarını müəyyən edə biləcəklər. KOB-lar əldə edilən göstəricilərə əsasən, “Rəqəmsal həvəskar”, “Rəqəmsal təşəbbüskar”, “Rəqəmsal tətbiqçi” və “Rəqəmsal çempion” kateqoriyalarına bölünəcəklər.

“Rəqəmsal həvəskar” və “Rəqəmsal təşəbbüskar” kateqoriyalarına aid olan KOB-lar bu istiqamətdə təkmilləşmək məqsədilə maarifləndirici təlimlərdən, seminarlardan faydalana biləcəklər. Bu təlimlər sayəsində onlar rəqəmsal transformasiya prosesində ölkəmizdə ehtiyac duyulan bacarıq və səriştələrlə yanaşı, ən qabaqcıl beynəlxalq təcrübəyə də yiyələnə biləcəklər.

“Rəqəmsal tətbiqçi” və “Rəqəmsal çempion” kateqoriyalarına aid olan KOB-lar RYİ+ qiymətləndirməsi çərçivəsində xüsusi vauçerlər əldə edirlər ki, bu da olanlara rəqəmsallaşma səyahətində daha geniş imkanlar yaradır. Onu da qeyd edək ki, “digiMATE”in RYİ+ istiqaməti müvafiq rəqəmsal xidmət təchizatçılarını KOB-ların rəqəmsal transformasiya ehtiyaclarına görə uyğunlaşdırır və KOB-ların bu xidmətlərdən faydalanmasını mümkün edir. Bu təchizatçılar fərqli sahələr üzrə ixtisaslaşırlar, məsələn, kibertəhlükəsizlik, bulud həlləri, rəqəmsal marketinq, “ERP” sistemləri və digər xidmətlər. KOB-ların dostu - “digiMATE” bununla da hər bir şirkətin rəqəmsal transformasiyasını sürətləndirən yeni real perspektivlər yaradır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54