Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
İQTİSADİYYAT
15:39
28.08.2024
Baxılıb: 1552
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir

Ağcabədi, 28 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2024-cü ildə rayonda 3978,18 hektarı “Azərpambıq” MMC, 5040,52 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2700 hektarı “P-Aqro” MMC, 400 hektar “MKT-İK” MMC-nin Ağcabədi İnnovasiya filialı və 1016,3 hektar “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə 13 min 135 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

Hazırda pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 55 kombayn, 302 lafet, 131 traktor, 34 çiləyici və 15 yükləyici cəlb ediləcək. Bundan başqa, məhsul yığımına qədər çatışmayan əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.

Ağcabədi DAİM tərəfindən tədarükçü şirkətlərə pambıq yığımı zamanı pambıqyığan maşınların səmərəli işləməsi üçün dislokasiya qrafikinin tərtib edilməsi, yığılmış pambıq lafetlərdə daşınarkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, pambığın yetişməsi nəzərə alınmaqla defolyasiyaya başlanılması ilə bağlı müraciət ünvanlanıb. Sentyabrın ortalarında pambıq tarlalarında defolyasiya işləri həyata keçiriləcək. Məhsul yığımına isə sentyabrın sonlarında başlanılacaq. Pambıq sahələrində aparılmış müşahidələrin nəticəsi göstərir ki, tarlalarda məhsuldarlıq ötən ilə nisbətən daha yüksək olacaq. Bu mövsüm rayon üzrə 40 min tondan çox pambıq istehsalı gözlənilir.

Qeyd edək ki, 2023-cü ildə Ağcabədi rayonunda 11 min 492,7 hektar sahədə pambıq əkilib, 36 min 249,95 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 31,54 sentner olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02